Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun müdafiə naziri general-leytenant Viktor Xreninə başsağlığı ünvanlayıb.
“QİA.az” xəbər verir ki, başsağlığında deyilir:
“Baranoviç şəhərində Yak-130 ekipajının faciəvi şəkildə həlak olması xəbəri məni çox kədərləndirdi.
Azərbaycan Ordusunun şəxsi heyəti və şəxsən öz adımdan həlak olanların ailələrinə, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.