Sənaye

Zakir İbrahimov: “Qarabağ regionunun böyük iqtisadi potensialı var”

Movavi

İşğaldan azad edilən ərazilərimizdə əlvan metal ehtiyatlarının potensialı ölkənin dağ-mədən sənayesinin və metallurgiyanın gələcək inkişafında da böyük rol oynayacaq.

QİA.AZ”ın məlumatına görə, bu barədə “AzerGold” QSC-nin 5 illik fəaliyyətinə dair açıqlamasında Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Onun sözlərinə görə, sənaye əhəmiyyətli proqnoz resurslara malik çoxsaylı faydalı qazıntı yataqlarının istismara verilməsi azad edilmiş ərazilərimizdə sənayeni yenidən təşkil etməyə böyük ölçüdə dəstək olacaq: “AzerGold” işğaldan azad olunmuş ərazilərinin bərpası və inkişafı konsepsiyasına uyğun olaraq İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri ilə birlikdə əlvan metal yataqlarının gələcək istismarı ilə bağlı müvafiq araşdırmalar aparmaqdadır. Bundan sonrakı mərhələlərdə də “AzerGold” dövlətimiz tərəfindən bu istiqamətdə aparılacaq vahid siyasətə bütün resursları vasitəsilə dəstək verməyə, öz üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır”.

Z. İbrahimov bildirib ki, məlum olduğu kimi, Qarabağ regionunun böyük iqtisadi potensialı var: “İşğaldan azad edilmiş torpaqlarımızda mövcud faydalı qazıntı yataqları dağ-mədən sektorunda beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açır. Sözsüz ki, xarici dağ-mədən şirkətlərinin mədən layihələrinə cəlb olunması bu sektorun canlanmasına səbəb olacaq”.

O qeyd edib ki, yerli dağ-mədən sahəsində hasilatçı şirkətlərin sayının artması “AzerGold”un fəaliyyəti üçün əlavə stimul olmaqla yanaşı, sağlam rəqabət mühitində hədəflərimizin daha da hədəflərimizin daha da yüksəldilməsini təşviq edəcək.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button