Zaqatalada ferma və yük maşını yanıb

Noy24,2020
Zaqatalada ferma və yük maşını yanıb

Zaqatala rayonunun Yuxarı Tala kəndində güclü yanğın baş verib.

QİA.AZ bildirib ki, Fövqəladə Hallar Nazirliyindən “Report”a verilən məlumata görə, ümumi sahəsi 2000 m² olan fermanın yanar konstruksiyaları, içərisinə yığılan 20 ton ot bağlaması, 30000 ədəd taxtadan ibarət boş tara və yaxınlıqda dayanan “QAZ” markalı yük avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar Xəbərlər