Zaxarova: “Putinə sui-qəsd ABŞ-nin pulu ilə hazırlanıb”

“Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun barəsində danışdığı Rusiya Prezidenti Vladimir Putinə sui-qəsd ABŞ pulu ilə hazırlanıb”.

QİA.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında yazıb.

Qeyd edək ki, bir müddət öncə Budanov Rusiya liderinə sui-qəsd cəhdlərindən danışıb. Buna cavab olaraq dövlət başçısının mətbuat katibi Dmitri Peskov Putinin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunduğunu bildirib.

Oxşar Xəbərlər