Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib

“Bu günə olan məlumata görə, Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqli sıfıra enib. Bu, Moskvanın ən böyük məğlubiyyətlərindən biri oldu”.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bəyanatında bildirib. 

O xatırladıb ki, təqribən 25 il əvvəl Ukrayna ərazisindən Avropaya illik qaz nəqli 130 milyard kuba bərabər idi. “Bu gün Rusiya qazının nəqli isə sıfırdır”, – Zelenski əlavə edib.

Prezident qeyd edib ki, Avropa ölkələrinin əksəriyyəti enerji transformasiyası ilə bağlı dəyişikliklərə uğurla uyğunlaşıb.

“Biz həqiqətən də Avropaya Amerika qazının tədarükünün artırılmasına ümid edirik, çünki Prezident Tramp artıq əməkdaşlıq haqqında danışıb və bazardakı tərəfdaşlardan gələn maksimum təkliflər qiymətləri daha da rahatlaşdıracaq”, – deyə Zelenski qeyd edib.

Bəyanatın sonunda Zelenski bildirib ki, bazarda Avropanın real tərəfdaşlarından nə qədər çox qaz olsa, Avropanın Rusiyadan enerji asılılığının son mənfi nəticələri bir o qədər tez aradan qaldırılacaq.

Xatırladaq ki, Ukrayna 2025-ci il yanvarın 1-dən Rusiya qazının Avropaya tranzitini dayandırıb.

Oxşar Xəbərlər