Zelenski Sergey Şefiri prezidentin birinci köməkçisi vəzifəsindən azad edib

Ukrayna Prezidenti Vladimir Zelenski Sergey Şefirin prezidentin birinci köməkçisi vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

QİA.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” prezidentin fərmanına istinadən məlumat yayıb.

“Şefir Sergey Naxmanoviç Ukrayna Prezidentinin birinci köməkçisi vəzifəsindən azad edilsin”, – fərmanda qeyd edilib.

Ötən gün həmçinin Ukrayna Prezident Aparatı rəhbərinin müavinləri Andrey Smirnov və Aleksey Dneprov vəzifələrindən azad ediliblər.

Oxşar Xəbərlər