Zidan “Real Madrid”dən getmək istəyir

May15,2021 #Zinəddin Zidan
Zinəddin Zidan

Zinəddin Zidan mövsümün sonuna yaxın İspaniyanın “Real Madrid” futbol komandasının baş məşqçisi postunu tərk etməyə qərar verib.

Bu barədə “QİA.az” “TeleMadrid”ə istinadən xəbər verir.

Bildirilir ki, 48 yaşlı mütəxəssis “Real”dan getmək istəyir. Baş məşqçi mənəvi və fiziki gərginlikdən yorulub. Zidan komandanın İspaniya çempionu olub-olmayacağından asılı olmayaraq, klubu tərk etmək istəyir.

Qeyd edək ki, Zidan 2019-cu ildən “Reala” başçılıq edir. O, daha əvvəl də – 2016-cı ildən 2018-ci ilə qədər Madrid komandasına başçılıq edib. “Kral klubu” onun rəhbərliyinin altında 3 dəfə Çempionlar Liqasının qalibi olub və 2 dəfə İspaniya çempionu oldu. Bu mövsümdə “Real” La Liqada 36 turda 78 xal yığıb və turnir cədvəlində ikinci yerdə qərarlaşıb.

Oxşar Xəbərlər