“Zirə” səfərdə “Sabah”a qalib gəlib

Azərbaycan Premyer Liqasının XXVIII turunda “Zirə” “Sabah”a qalib gəlib.

QİA.Az Oxu.Az-a istinadən xəbər verir ki, matç “Bank Respublika Arena”da baş tutub.

Qarşılaşma “Zirə”nin minimal hesablı qələbəsi ilə yekunlaşıb. 1:0

Aktivinə üç xal yazan “qartallar” turnir cədvəlində üçüncü yerə yüksəliblər.

Məğlubiyyət isə “Sabah” klubunun bir pillə geriləməsinə səbəb olub. Onlar Azərbaycan Premyer liqasında 40 xalla dördüncü pillədə qərarlaşıblar.

Qeyd edək ki, günün digər matçında “Səbail” evdə “Turan Tovuz”la heç-heçə edib. Tura martın 31-də yekun vurulacaq.

Oxşar Xəbərlər