“Zirə” daha 3 futbolçusu ilə yollarını ayırıb

May27,2021

“Zirə” klubu daha 3 futbolçusu ilə yollarını ayırıb.

“QİA.az”ın “qartallar”ın rəsmi saytına istinadən məlumatına görə, qapıçı Mateus Albino, yarımmüdafiəçi Elvin Camalov və vinger Rodriqo Bonqonqui ilə müqavilə başa çatıb. Camalov karyerasını “Sabah”da davam etdirəcək.

“Zirə” onlara göstərdikləri xidmətləri qarşılığında təşəkkür edib, karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, “Zirə” daha əvvəl Ruslan Qurbanov, Kərim Diniyev, Tural Bayramlı, Lazar Corceviç və Klesio Baukla əməkdaşlığa son qoyub. Qəsəbə təmsilçisi əvəzində “Sabah”dan yarımmüdafiəçi Təmkin Xəlilzadəni və “Sumqayıt”dan qapıçı Mehdi Cənnətovu heyətinə qatıb.

Oxşar Xəbərlər