“Zirə” – “Keşlə” oyununda insident: Rəşad Sadıqov və futbolçusu qırmızı vərəqə aldı

Apr29,2021

Azərbaycan Kubokunda “Zirə” və “Keşlə” arasında keçirilən Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə insident yaranıb.

QİA.AZ-ın məlumatına görə, 88-ci dəqiqədə meydan sahiblərinin cərimə meydançası daxilində Lazar Corceviçin Anatole Abanqla təması penalti kimi dəyərləndirilib.

FIFA referisi Elçin Məsiyev yan xətt hakimi ilə məsləhətləşdikdən sonra 11 metrlik cərimə zərbəsi təyin edib.

Buna etiraz edən “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov, köməkçisi Eltun Yaqublu və Corceviç qırmızı vərəqə alıb.

Penaltini Sezar Meza Kolli dəqiq yerinə yetirərək, hesabı komandasının xeyrinə dəyişib – 2:1.

Oxşar Xəbərlər