“Zirə” UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.
Oxu.Az-ın məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçında Bakıda Xorvatiyanın “Osiyek” klubu ilə üz-üzə gəlib.
“Liv Bona Dea Arena”dakı matçda qalib müəyyənləşməyib – 2:2.
Qonaqlarda 37-ci dəqiqədə 37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib. 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Qismət Alıyev tarazlığı bərpa edib. 81-ci dəqiqədə Anton Matkoviç xorvatların ikinci qoluna imza atıb. 90-cı dəqiqədə Davit Volkov adını tabloya yazdırıb.
Səfərdəki ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. 30 dəqiqədə qapılara qol vurulmadığından penaltilər seriyası olub. Burada daha dəqiq olan (2:1) “Zirə” tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib. Komanda bu raundda Kiprin “Omoniya” kollektivi ilə görüşəcək.
22:08
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşündə “Sabah” İrlandiyanın “Sent Patriks Atletik” klubu ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən matçda meydan sahibləri 0:1 hesabı ilə məğlub olub.
Yeganə qolu 48-ci dəqiqədə Zakari Elbuzedi “Sabah”ın qapısından keçirib.
Qeyd edək ki, İrlandiyada keçirilmiş ilk oyunda da 0:1 hesabı ilə məğlub olan “Sabah” Konfrans Liqasında mübarizəni dayandırıb.