“Sabah bizi daha gərgin oyun gözləyir”.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Zirə”nin müdafiəçisi Ruan Renato UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaması çərçivəsində sabah doğma meydanda Moldovanın “Şerif” komandası ilə keçirəcəkləri oyun barədə danışarkən deyib.
O bildirib ki, rəqib sabahkı matça fərqli tərzdə hazırlaşacaq: “Şerif”in futbolçuları hər bir top uğrunda sonadək mübarizə aparırlar. Ancaq bütün epizodları dəyərləndirməliyik. Azarkeşlərimizin dəstəyinə ehtiyacımız var”.
Qeyd edək ki, iyulun 18-də “Dalğa Arena”da keçiriləcək “Zirə”-“Şerif” matçı saat 20:00-da başlayacaq. İlk oyunda Bakı klubu 1:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi II təsnifat mərhələsində “Elfsborq” (İsveç)–“Pafos” (Kipr) görüşünün güclüsü ilə qarşılaşacaq.