Ziyanın qiymətləndirilməsi üçün beynəlxalq və yerli qurumlar cəlb olunacaq – Hikmət Hacıyev

Noy 13, 2020

Ermənistan silahlı qüvvələri yalnız təmas xəttində mülki əhalini və obyektləri atəşə tutmaqla kifayətlənməyərək cəbhə zonasından xeyli kənarda yerləşən şəhərlərimizi, o cümlədən Gəncəni, Mingəçeviri, Xızını və digər şəhərlərimizi ballistik raketlərdən atəşə tutub.

QİA.AZ-ın məlumatına görə, bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə bildirib.

H.Hacıyev təəssüflə bildirib ki, ermnilərin bu vandalizm və barbarizm əməlləri nəticəsində 90-dan artıq mülki vətəndaşımız həyatını itirib və 400-dən artıq vətəndaşımız isə yaralanıb.

Administrasiya rəsmisi deyib ki, 27 sentyabr tarixindən indiyə qədər dəymiş ziyanın qiymətləndirilməsi üçün yerlərə beynəlxalq və yerli qurumlar cəlb olunacaq. Ümumi nəticəyə gələcək rəqəmlər beynəlxalq ictimaiyyətə də təqdim olunacaq.

H.Hacıyev qeyd edib ki, bütün bunlar qiymətləndirildikdən sonra vətəndaşlara dəymiş ziyanın aradan qaldırılması istiqamətində lazımi tədbirlər görüləcək. Bunlar hamısı Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi dəyərin nümunəsidir.

Oxşar Xəbərlər