Zöhrə Abdullayeva vəfat edib

Müğənni, Azərbaycanın Əməkdar artisti Zöhrə Abdullayeva vəfat edib.

“QİA.az” xəbər verir ki, bu barədə Hacı Nuran Hüseynov məlumat yayıb.

Məlumata görə, sklerodermiya xəstəliyindən əziyyət çəkən Z.Abdullayeva 68 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, müğənni bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. Əvvəl “Lalə qızlar anasmblının”, sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib.

Zöhrə Abdullayeva daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınıb. Bundan başqa, xalq və bəstəkar mahnıları, muğamlar da ifa edib. Dünyanın otuz ölkəsində Azərbaycan musiqisin tərənnüm edib.

Z.Abdullayevanın oğlu 2018-ci ildə ağır xəstəlikdən vəfat edib.

Oxşar Xəbərlər