Zöhrə Abdullayeva yenidən xəstəxanaya yerləşdirilib

May9,2021 #Zöhrə Abdullayeva

Əməkdar artist Zöhrə Abdullayeva yenidən xəstəxanaya yerləşdirilib.

“QİA.az” xəbər verir ki, müğənninin səhhəti pisləşib. Bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat verib.

O bildirib ki, Z.Abdullayeva hazırda həkim nəzarətindədir.

Qeyd edək ki, müğənni revmotizmadan əziyyət çəkirdi. O, açıqlamasında yanlış müalicə olunduğu üçün ayaqlarının tutulduğunu demişdi. Xəstəliklə əlaqədar Z.Abdullayeva 30 kiloqram arıqlayıb. İfaçı bir müddət əvvəl də xəstəxanaya yerləşdirilmişdi. Müalicəsi bitdikdən sonra isə sənətçi evə buraxılmışdı.

Oxşar Xəbərlər