Əfqanıstanda onlarla mülki şəxsi öldürən 13 avstraliyalı hərbçi ordudan qovulub

Noy27,2020

Əfqanıstanda xidmət edərkən 39 mülki şəxsi öldürən 13 avstraliyalı hərbçi vəzifəsindən kənarlaşdırılıb.

“QİA.AZ” DHA-ya istinadən xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Qüvvələrinin Baş Müfəttişliyinin 4 il ərzində apardığı istintaqın yekunlarına dair hesabatda qeyd olunub.

“Əfqanıstandakı olaylarla bağlı hazırda 13 nəfərə inzibati tədbir bildirişi verilib”, – Avstraliya Ordusunun rəisi, general-polkovnik Rik Bör söyləyib.

Qeyd olunub ki, hadisə ilə əlaqədar 2005-2016 illəri arasında Əfqanıstandakı Avstraliya xüsusi təyinatlı hərbçilərinin davranışları ilə bağlı hazırlanan hesabatda 20 mindən çox sənəd və 25 min görüntü incələnib, 423 şahidlə görüş öz əksini tapıb.

Oxşar Xəbərlər