Türkiyədə koronavirusdan sağalanların sayı 392 mini keçib

Noy27,2020

Türkiyədə koronavirusdan sağalanların sayı 392 mini keçib.QİA.AZ-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 13 191 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 6 592 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 481 198 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 3 845 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 392 616 nəfər təşkil edir.

Oxşar Xəbərlər