Əlcəzairdə meşə yanğınları zamanı 42 nəfər ölüb

Avq11,2021

Əlcəzairin Tizi-Uzu və Bedcaya əyalətlərində meşə yanğınları zamanı 25-i hərbçi olmaqla 42 nəfər həlak olub.

QİA.AZ-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkə hökumətindən bildiriblər.

Əlcəzairin daxili işlər naziri ölkədə baş verən onlarla yanğının naməlum şəxslər tərəfindən törədildiyini bildirib: “Əyalətin bir neçə yerində eyni vaxtda 50-yə yaxın yanğına səbəb yalnız cinayətkar əllər ola bilər”.

Oxşar Xəbərlər