ÜST koronavirusa qarşı üç yeni preparatın sınaqlarına başlayıb

Avq11,2021

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı üç yeni preparatın sınaqlarına başlayıb.

QİA.AZ-ın məlumatına görə, bu barədə ÜST-ün bəyanatında deyilir.

Qeyd olunur ki, hazırda xəstəxanalarda müalicə olunan xəstələr üzərində artesunat, imatinib və infliksimab preparatları sınaqdan keçirilir.

ÜST-ün məlumatına əsasən, sınaqlarda 52 ölkədən minə yaxın könüllü iştirak edir.

Həmin preparatlar istehsalçılar tərəfindən təqdim olunub.

Bu dərmanlardan artesunat adətən malyariyanın ağır formalarında, imatinib xərçəngin bəzi növlərində, infliksimab revmatoid artrit zamanı istifadə olunur.

Oxşar Xəbərlər