2020-ci ildə e-imza sertifikatlarına tələbat 32% artıb

Yan13,2021
2020-ci ildə e-imza sertifikatlarına tələbat 32% artıb

NRYTN-nin Mətbuat xidmətindən QİA.AZ-a verilən məlumata görə, Ölkəmizdə “Elektron imza” (E-imza) sertifikatlarının sayının artması ilə yanaşı,onun istifadə miqyası da genişlənməkdədir. Nəqliyyat, Rabitə və YüksəkTexnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Milli SertifikatXidmətləri Mərkəzi tərəfindən 2020-ci ildə istifadəyə verilən e-imza tokenininsayı 17 min 756 olub. Bu e-imza daşıyıcılarından 9 min 838-i dövlətqurumlarının, 4 min 990-ı sahibkarların, 2 min 928-i isə fiziki şəxslərin payınadüşür. Beləliklə, 2019-cu il ilə müqayisədə 2020-ci ildə verilmiş e-imzatokenlərinin sayı 32% çoxdur.Son bir ayda istifadəyə verilən e-imza sertifikatlarının sayı isə 2 min 58 olub.E-imza istifadəçilərinin sayının artması aparılan əməliyyatların sayınınartmasına da təsir göstərir. Belə ki, 2020-ci ildə 8 milyona yaxın əməliyyataparılıb. Onlardan 85%-i dövlət qurumlarının payına düşür. Bu da 2019-cu illəmüqayisədə 93% çoxdur.Xatırladaq ki, elektron imza rəqəmsal mühitdə hazırlanan smart kart və USBtoken formasında istifadə oluna bilən, elektron məntiqə uyğun işləyən şəxsiyyətimüəyyənləşdirmə və imzalama vasitəsidir. Təqlid edilməsi mümkün olmayanbu imza 3 il müddətində etibarlıdır.

Oxşar Xəbərlər