3 dövlət şirkəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxdı

Apr 27, 2021

Prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında 5 noyabr 2020-ci il tarixli fərmanına dəyişiklik edib.

“QİA.az” xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, “Azərkosmos” ASC, eləcə də Nəqliyyat, Rabitə və Yüksək texmologiyalar Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” (“Baktelecom”) MMC-lər holdinqin idarəetməsindən çıxarılıb.

Oxşar Xəbərlər