Bakıda yeni işıqforlar quraşdırılıb

Apr27,2021

Bakı Nəqliyyat Agentliyi paytaxtın küçə və prospektlərində piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması işlərini davam etdirir.

“QİA.az” xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu çərçivədə bir neçə təhsil müəssisəsinin yerləşdiyi Rəşid Behbudov küçəsi, 55 ünvanında mövcud eyni səviyyəli piyada keçidinin nizamlanması üçün işıqfor quraşdırılıb.

Nəticədə təhlükəsizlik səviyyəsi artırılıb, hərəkət növbəliliyi təmin edilib və əlilliyi olan şəxslərin rahatlığı üçün panduslar inşa olunub, işıqfor dirəklərində çağırıcı qurğular yerləşdirilib.

Oxşar Xəbərlər