İrəvanda 4,7 bal gücündə zəlzələ olub – YENİLƏNİB

Naxçıvanda zəlzələ olub

İrəvandakı zəlzələ nəticəsində “Petak” topdan satış ticarət mərkəzinin pavilyonuna zərər dəyib, çıl-çıraqları sınıb, binanın divarlarında çat əmələ gəlib.

“QİA” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, zəlzələ nəticəsində yaşayış binalarınının divarlarında çat yaranıb, evlərin pəncərlərinin şüşüələri sınıb.

16:27

Ermənistanda Rixter cədvəli ilə 5 bala yaxın zəlzələ olub.

“QİA”-nın Ermənistan KİV-lərinə istinadən məlumatına görə, zəlzələnin episentri İrəvandan 12 kilometr məsafədə, yerin 2 kilomet dərinliyində qeyd alınıb.

Sakinlərin evlərini tərk etdiyi deyilir. Təkanlar bir neçə saniyə ərzində davam edib.

Hər hansı itki və ya fəsadlar barədə məlumat verilmir.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər