Goranboy rayonunda gizlin fəaliyyət göstərən kafe aşkarlanıb.
QİA.AZ Reporta istinadən bildirib ki:
Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.
Polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Qızılhacılı qəsəbəsi ərazisində gizli şəkildə fəaliyyət göstərən “Yurd Yeri” adlı kafe aşkarlayıb. Obyektdə olan qəsəbə sakinləri Azər Məmmədov, İlkin İsgəndərov, Seymur Abbasov, Vüsal Məmmədov, Pərviz Əliyev, Elçin Məmmədov, Zülfiqar Qasımov, Səbuhi Hacıyev, Hüseyn Həsənov, Roland Əliyev, Pərviz İbrahimov və Elvin Məmmədov saxlanılaraq Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) gətirilib.
Həmin şəxslərdən 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib, digər 6 nəfər barəsində isə protokol tərtib edilərək Goranboy rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati qaydada cərimə olunublar.