“Əgər COVAX təsisatı çərçivəsində koronavirus vaksininin Azərbaycana gətirilməsi mümkün olsa, onun saxlanılması ilə bağlı bütün tədbirlərimiz görülür”.
“QİA.AZ” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı REAL TV-yə müsahibəsində deyib.
TƏBİB sədri qeyd edib ki, vaksinin soyuq zəncir qaydası ilə (-70 dərəcədə) saxlanılması üçün UNİCEF-lə birgə tədbirlər planı hazırlanıb:
“Bunun təmin və təchiz olunması üçün bütün infrastruktur tədbirlərin həyata keçirilməsi üçün işlər davam etdirilir”.