Nigeriyada COVID-19 infeksiyasının yeni ştammı aşkarlanıb.
“QİA.AZ” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və profilaktika üzrə mərkəzinin rəhbəri Con Nkenqasonq bildirib.
“Nigeriyada gördüyümüz o (ştamm-red) hələ məhdud məlumatlara əsaslandığımız 501 mutasiyasıdır. Görünən odur ki, bu, İngiltərə və Cənubi Afrikadakı kimi deyil, fərqli ştammdır. Ancaq yenə təkrar edirəm – bu, iki və ya üç genetik ardıcıllığa əsaslanır. Nigeriyada araşdırmanı genişləndirməliyik ”, – o deyib.
Dekabrın 14-də Böyük Britaniyanın Səhiyyə Nazirliyi ölkədə COVID-19-un yeni növünün aşkarlanması barədə bildirib. Yeni ştam Londonda, həmçinin İngiltərənin cənub-şərqində yayılmağa başlayıb.
Bir neçə gün sonra – dekabrın 23-də Britaniyada Cənubi-Afrika Respublikasından gələn bir nəfərdə koronavirusun daha bir yeni növünün üzə çıxarılması haqqında bildiriblər.
Qeyd edək ki, koronavirusun yeni ştammı daha çox yoluxucudur, buna görə də təhlükəli sayılır.