Somalidə silahlı hücum olub, ölənlər var

Dek25,2020
Somalidə silahlı hücum olub, ölənlər var

Somalinin paytaxtı Moqadişuda silahlı hücum nəticəsində iki polis əməkdaşı və bir dinc sakin həlak olub.

“QİA.AZ” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib.

Məlumata görə, silahlı hücum Karan ərazisində baş verib. Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb, istintaq aparılır.

Hücumun hansı qruplaşma tərəfindən törədildiyi açıqlanmır.

Son günlər Somalidə prezident Məhəmməd Abdulla tərəfindən təyin edilmiş Mərkəzi Seçki Komissiyasının üzvlərinə qarşı sui qəsdlər törədilir.

Oxşar Xəbərlər