Xəzər rayonu

Dek26,2020
Xəzər rayonu

Xəzər rayonu — Bakı şəhərinin 12 inzibati rayonundan biri.

Rayon Haqqında 

Abşeron yarımadasının şimal-şərqində yerləşən Xəzər rayonunun ərazisi qədim yaşayış məskənlərindən hesab olunur. İndiki Xəzər rayonunun yaşayış məntəqələri 1921-1936-cı illər ərzində mövcud olan və o zaman daha geniş ərazini, həmçinin bir neçə digər kəndləri də əhatə edən “Qala-Maştağa inzibati rayonu” nun ərazisinə aid edilmişdir. Sonralar inzibati rayonlaşmanın yeni bölgüsünə uyğun olaraq hazırki Xəzər rayonunun yaşayış məntəqələri 1936-cı ildə yaradılan və 1966-cı ilədək fəaliyyətdə olmuş S.Artyom (F.S.Sergeyev) rayonu inzibati vahidliyinə qatılır. 1966-cı ildə “M.Əzizbəyov adına rayon” inzibati ərazi vahidliyi təsis olunur. 2011-ci il may ayının 24-də isə rayonun adı yenidən dəyişdirilərək “Xəzər” adlandırlmışdır.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-IVQ nömrəli Qanununu qəbul etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 519-IVQ nömrəli Qanununu 2012-ci il 21 dekabr tarixində imzalamış və Qanun hüquqi qüvvəyə minmişdir.

17 yanvar 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidenti “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-IVQ nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalamışdır.

Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Pirallahı, Çilov və Neft Daşları qəsəbə inzibati ərazi dairələri Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin izmaladığı 3 fevral 2014-cü il tarixli “Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” na əsasən (Pirallahı, Çilov və Nüft Daşları) ilə yanaşı Gürgən qəsəbə inzibati ərazi dairəsi də Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir.

Hal-hazırda 8 yaşayış məntəqəsini (Mərdəkan, Buzovna, Şüvəlan, Binə, Qala, Şağan, Zirə, Türkan) özündə birləşdirən Xəzər rayonunun ərazisi 336,86 kv.km., əhalisinin sayı isə  167100 nəfərdir.

Rayonda Milli Aviasiya Akademiyası, Polis Akademiyası və Daxili Qoşunların Ali Hərbi Məktəbi, Dendrologiya İnstitutu, 29 tam, 1 orta məktəb, 3 gimnaziya, 6 internat məktəbi, 23 uşaq bağçası, 3 özəl bağça, 2 uşaq sağlamlıq düşərgəsi, “Cırtdan” və Ç.Mustafayev adına düşərgələr, 1  Mədəniyyət sarayı, 8 mədəniyyət evi, 1 klub, 7 ktabxana, 1 Gənclər Evi, 22 istirahət və xatirə parkları, 8 qəsəbə nümayəndəliyi, 8 qəsəbə bələdiyyəsi, fəaliyyət göstərən 25 sənaye müəssisəsi, 70-ə yaxın kənd təsərrüfatı müəssisəsi, Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, Maliyyə Nazirliyi, Dövlət Xəzinadarlıq Agentliyinin 3 saylı Xəzinədarlıq İdarəsi, “Bakı Telefon Rabitəsi” MMC-nin 5 Saylı Rabitə Xidmətləri Mərkəzi, “Azərpoçt” MMC-nin 4 saylı poçt filialı, “Azərsu” ASC-nin Xəzər rayon Su-Kanal Departamenti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 2 saylı DOST mərkəzi, 2 Saylı Ərazi Məşğulluq Mərkəzi, Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Bakı Ərazi Şöbəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xəzər rayonu üzrə “KOB Dostu”, Bakı Regional Qaz İstismar Sahəsinin Xəzər rayonu üzrə Texniki İstismar Xidməti,  “Azərişıq” ASC-nin Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi, Zirə Enerji Təchizatı və Satışı Sahəsi, “Bakı Şəhər İşığı” elektrik şəbəkə müəssisəsi Xəzər texniki istismar rayonu,  Dövlət Sığorta Kommersiya Şirkətinin Xəzər rayon filialı, Rayon baytarlıq sahəsi, 22 müalicə-profilaktika müəssisəsi, 2 psixo-nevroloji xidmət müəssisəsi, və s. mövcuddur.

Bundan əlavə rayon ərazisində 18851 məcburi köçkün, 105 şəhid ailəsi, 171 Qarabağ müharibəsi əlili, 5 “20 Yanvar” şəhid ailəsi, 14 “20 Yanvar” əlili, 27 Çernobıl AES əlili, 8 Böyük Vətən Müharibəsi əlili və iştirakçısı, 642 Qarabağ müharibəsi veteranı, 1 Milli qəhrəman vardır.

Coğrafi mövqeyi

Abşeron yarımadasının şimal-şərqində yerləşən Xəzər rayonu Sabunçu, Suraxanı və Pirallahı rayonları ilə həmsərhəddir.

İqtisadiyyat 

Xəzər rayonu Bakı şəhərinin rayonları arasında iqtisadi potensialına, çoxşaxəli iqtisadiyyatına və bir sıra sosial-iqtisadi göstəricilərinə görə seçilir. Burada 1-neft-qazçıxarma idarəsi, 25-ə yaxın iri sənaye müəssisəsi və 70-ə yaxın kənd təsərrüfatı müəssisəsi vardır. Bunlardan “İqlim” Elmi İstehsalat Müəssisəsi, Qala maşınqayırma zavodu, “Göknur” Kabel zavodu, “NB Group” boya zavodu, Şimal DRES, Şüvəlan Şirniyyat Fabriki və digər istehsal müəssisələri fəaliyyət göstərir. Rayonun sosial-iqtisadi həyatında, eləcə də əhalinin məşğulluğu baxımından öncül yeri neft-qaz hasilatı, energetika sahəsi üzrə ixtisaslaşmış müəssisələr və müasir istixana kompleksləri mühüm yer tutur. Dünya standartlarına cavab verən Heydər Əliyev adına Bakı Hava Limanı Xəzər rayonu ərazisində yerləşməsini  rayon üçün strateji üstünlüklərdən biri kimi qəbul edilir. Rayon ərazisində 11 bank filialı, 7 mənzil istismar sahəsi, 13 poçt şöbəsi fəaliyyət göstərir.

Təhsil 

Xəzər rayonunda  3 ali məktəb , 29 tam, 1 ümumi orta məktəb, 3 gimnaziya, 1 Lisey ,6 internat məktəbi, 2 peşə məktəbi, 2 məktəbdənkənar uşaq müəssisəsi, 23 dövlət, 2 özəl bağça fəaliyyət göstərir.

Mədəniyyət 

Rayonda 1 Mədəniyyət Sarayı, 8 mədəniyyət evi və 1 klub, 3 musiqi məktəbi, 7 kitabxana, 4 muzey, (Qala Dövlət Tarixi Etnoqrafiya Arxitektura Muzeyi və S.Yeseninin muzeyi, Murtuza Muxtarovun ev Muzeyi, Hacı Zeynalabdin Tağıyevin ev Muzeyi), əhalinin istirahəti və asudə vaxtının səmərəli  keçirilməsi məqsədilə müasir tələblərə cavab verən 16 istirahət parkı və 6 xatirə parkı mövcuddur.

Səhiyyə 

Rayonda 4 birləşmiş şəhər xəstəxanası, 2 vərəm xəstəxanası və 1 dispanser, 3 uşaq və yeniyetmələr üçün vərəm əleyhinə sanatoriya, 2 uşaq sanatoriyası, 1  şəhər poliklinikası, 1 Müalicə Diaqnostika mərkəzi, 1 Uşaq reabilitasiya xəstəxanası, 1 Səhiyyə Nazirliyinin Sanatoriya-Kurort və Reabilitasiya Mərkəzi, 1 özəl klinika və 4 özəl  müalicə diaqnostika mərkəzi, 2 müharibə əlilləri və veteranları üçün pansionat, 1 müharibə veteranları xəstəxanası, 3 kurort-müalicə sanatoriyası və 2 psixo-nevroloji  Sosial Müalicə müəssisəsi, 1 stomatoloji  poliklinika fəaliyyət göstərir.

İdman

Azərbaycanın bütün bölgələrində olduğu kimi, Xəzər rayonunda da Gənclər və İdman İdarəsi fəaliyyət göstərir. Xəzər rayon Gənclər və İdman İdarəsi Azərbaycan Respublikasının Qanunvericiliyini, eyni zamanda Gənclər və İdman siyasəti üzrə qəbul edilən dövlət proqramları və tədbirlər planını rəhbər tutaraq, müxtəlif tədbirlər planı hazırlayır və onları həyata keçir. Xəzər rayonunda Gənclər və İdman İdarəsinin təşkil etdiyi idman tədbirlərinin keçirilməsi üçün rayonda müasir tələblərə cavab verən idman kompleksləri yaradılmışdır. Belə ki, rayonda 1 Olimpiya kompleksi, 7 böyük stadion, 4 məhəllələrarası stadion, 25 Ali və orta  məktəblərin ərazisində olan stadion, 10 idman klubu, 371 idman bölməsi, 1 «Atçılıq» klubu (Azərbaycan Respublikası Atçılıq Federasiyası), 4 üzgüçülük hovuzu, 1 Ağır Atletika Akademiyası, 2 idman zalı (Binə və Buzovna qəsəbəsində), 1 Tədris İdman Bazası (Buzovna qəsəbəsi), 1 idman kompleksi (Zirə qəsəbəsində) fəaliyyət göstərir.

Turizm 

Azərbaycanın turizm üzrə ixtisaslaşmış rayonları ilə yanaşı son illərdə rayonumuzda da turizm sahəsinin inkişafı üçün əməli addımlar atılmışdır. Tikilən hotellər, restoranlar, yolların müasir standarlara uyğun qurulması, infrastrukturun yaxşılaşdırılması, xidmət vərdişlərinə yiyələnmək, qədim tarixi abidələr, ən əsası təbiətin möhtəşəmliyi insanların Xəzər rayonuna gəlməsinə imkan yaradır.

Rayonun Qala qəsəbəsində “Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi”,  Zirə qəsəbəsində “Zirə  Mədəniyyət Mərkəzi və Eko-Park” , Mərdəkan qəsəbəsində “Dalga Beach Aquapark Resort”, “Xəzər Golden” Beach, “Your Şanı” Hotel and Villas, “Karvan” , “Çahargah” , “Maqnium a-Dellmar”, Buzovna qəsəbəsində “Retro” , Xəzər İnci” kimi otellər və istirahət mərkəzləri fəaliyyət göstərir. Bundan əlavə rayonda “Qaranquş” (uroloji), “Abşeron” (qastroenteroloji) və “Günəşli” (nevroloji) kimi məhşur sanatoriyalar da mövcuddur.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı

Salahov Elşən Rövşən oğlu

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 05 fevral 2019-cu il tarixli Sərəncamı ilə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Rayonun Deputatları

Rauf Asif oğlu Əliyev

Məmmədov Soltan Teymur oğlu

Ümumi məlumat 

Qəsəbənin adıƏrazisi (kv. km)Əhalisi (nəfər)
Mərdəkan qəsəbəsi17,924965
Şüvəlan qəsəbəsi33,2719362
Buzovna qəsəbəsi39,0631799
Binə qəsəbəsi32,7956928
Qala qəsəbəsi82,044901
Türkan qəsəbəsi40,2212375
Şağan qəsəbəsi4,243554
Zirə qəsəbəsi87,3412316
40°27′23″ şm. e. 50°06′56″ ş. u.
Ölkə Azərbaycan
DaxildirAbşeron iqtisadi rayonu
İcra başçısıSalahov Elşən Rövşən oğlu 
Tarixi və coğrafiyası
Sahəsi336,86  km²
Saat qurşağıUTC+04:00
Əhalisi
Əhalisi167 100 (2020) nəfər
Rəqəmsal identifikatorlar
Telefon kodu+994 12

Oxşar Xəbərlər