Babək rayonu

Babək rayonu — Naxçıvan MR-da şəhər tipli qəsəbə, eyniadlı rayonun mərkəzi. Arazboyu düzənlikdədir. 1978-ci ilədək Təzəkənd adlanmışdır. 23 oktyabr 1978-ci ildə Heydər Əliyevin qərarı ilə rayon kimi təşkil olunmuş, XI əsrdə Azərbaycanda ərəb xilafətinə qarşı xalq hərəkatına başçılıq etmiş görkəmli sərkərdə Babəkin şərəfinə belə adlandırılmışdır. Şimal-qərbdə Ermənistan, cənubda İran, eləcə də NMR-in Kəngərli, Şahbuz, Culfa rayonları ilə həmsərhəddir. Ərazisi 760 kvadrat kilometr, əhalisi 73,3 min nəfərdir (01.01.2016). Mərkəzi Babək şəhəridir. Rayonun ərazisi 0,92 min kv.km., əhalisi 65040 nəfərdir. Rayonda bir şəhər tipli qəsəbə, 39 kənd vardır. Rayon ərazisi Zəngəzur, Dərələyəz dağ silsilələrinin təpələri, Naxçıvan və Gülüstan düzənliklərindən ibarətdir.

Əsas zirvələri: Keçəl təpə (2744 m), Qaraquş (2617 m), Buzqov (2475 m), Anabadgədik (2081 m), Nəhəcir (1807 m)

Əsas su hövzələri: Araz (1072 km), Cəhri (45 km), Sirab (11 km), Qahab (21 km). Araz, Uzunoba, Nehrəm, Sirab su anbarları.

Tarixi

Babək rayonu 1978-ci ildə təşkil olunmuşdur. Rayon mərkəzi Naxçıvan şəhərindən 10 km cənub-şərq istiqamətində yerləşən Təzəkəndə köçürülür və buraya Babək qəsəbəsi adı verilir. 2020-ci ildən Babək şəhər statusunu alıb.Babək rayonu. Qoç fiquru

Babək rayonunun ərazisi tarixi arxeoloji abidələrlə zəngindir. Buranın təbii coğrafi mövqeyi rayonda əkinçi-maldar tayfaların qədim dövrlərdən məskunlaşmasına və uzun müddət yaşamasına şərait yaratmışdır. I Kültəpə və II Kültəpə kimi dünya miqyaslı abidələr Babək rayonu ərazisindədir.

Rayon mərkəzindən 4 km cənub-qərbdə Araz çayı sahilində hərbi istehkam tipli Abbasabad qalası mövcul olmuş, qala 1809-1810-cu illərdə fransız hərbi mütəxəssislərinin layihəsi əsasında tikilmiş, beşbucaq şəklində olan qala bücləri müdafiə xarakteri daşımışdır. Qala su arxı ilə əhatə olunmuş, dəfələrlə döyüş meydanına çevrilmişdir. Araz su anbarı tikilən zaman qalanın qalıqları su altında qalmışdır.

Bundan başqa rayon ərazisində elmi əhəmiyyətə malik eneolit, tunc, dəmir dövrlərinə və antik dövrə aid arxeoloji abidələr, Qədim Duzdağ mədəni, orta əsrlərə aid yaşayış yerləri, nekropollar, maddi mədəniyyət qalıqları və onlarla digər arxeoloji, tarixi, memarlıq abidəsi, zəngin materiallar aşkara çıxarılmış və tədqiq edilmişdir. Son illər rayonun Çeşməbasar kəndində “Heydər” məscidi, Qahab, Zeynəbbin, Sirab kəndlərində, Nehrəm, Cəhri qəsəbələrində və Babək şəhərində memarlıq baxımından gözəl məscidlər inşa edilmişdir.

Rayonun mərkəzində Babəkin heykəli, Şəhidlərin abidə kompleksi, Nehrəmdə şəhidlər abidə kompleksi, Çeşməbasarda Şəhid bulağı, Tumbulda İkinci Dünya müharibəsi iştirakçılarının xatirə abidəsi ucaldılmışdır.

Coğrafiyası

Relyefi

Rayonıın relyefi şimalda və şərqdə, qismən dağlıq ərazilərdən ibarətdir. Belə ki, şimal hissə Duzdağ (Anabad Gədik d., 2081 m) və Dərələyəz silsilələrindən (Buzqov d., 2475 m), Qızılboğaz dağlarından (Qızılboğaz d.,1179 m) ibarətdir. Şərq hissə Zəngəzur silsiləsindən ayrılan qol və tirələrdən (Nəhəcir d., 1807 m) ibarətdir. Cənub ərazidə Gülüstan düzü (Noxuddağ, 1677 m) yerləşir. Rayonun qərb hissəsini Naxçıvan düzənliyi təşkil edir. Mərkəzi hissə, cənub və cənub-qərb ərazilərdə maili düzənliklər yayılmışdır. Bunlar Naxçıvan düzü, Böyükdüz və Gülüstan düzləridir.Babək rayonu. Yevgeni öldürgəni

Geoloji quruluşu

Düzənliklərdə antropogen, dağlıq yerlərdə, əsasən, ncogen süxurları yayılmışdır.

Çayları və su hövzələri

Əsas çayları Araz, Cəhri, Sirab, Qahab çaylarıdır. Cəhri çayının mənbəyi Dərələyəz silsiləsində (2320 m) yerləşir. Sirab, Qahab və Naxçıvançayın sol qollarıdır. Bu çaylar, əsasən, yağış və qrunt suları ilə qidalanır. Mineral bulaqlarla (Sirab, Vayxır, Qahab) zəngindir.

Landşaftları və bioloji müxtəlifliyi

Boz və çəmən-boz, şimal ərazilərdə dağ-şabalıdı torpaqlar yayılmışdır. İqlimi cənub ərazilərdə yayı quraq keçən soyuq yarımsəhra və quru-çöl, şimal ərazilərdə isə yayı quraq keçən soyuqdur. Ərazidə yay isti, qış isə soyuq keçir. Burada bitkiliyin səhra, yarımsəhra, dağ-kserofit, dağ-bozqır, kolluq, çala-çəmən və subasar-çəmən, su-bataqlıq, petrofil (qaya-töküntü) tipləri inkişaf etmişdir. Ərazi florasında İran qulançarı, İsayev şiyavı, Qaryagin şiyavı, suyabatmış buynuzyarpaq, alabəzək allaxruza, pont yemişanı, çoxbölümlü biberşteyniya, çılpaq dorema, yumurtavari ilankölgəsi və s. nadir və endemik bitkilər yayılmışdır. Rayonun faunası üçün xarakterik olan heyvanlara İran bəbiri, Avrasiya vaşaqı, çöl pişiyi, canavar, çaqqal, tülkü, porsuq, daşlıq dələsi, bezoar keçisi, Asiya muflonu, qaban, boz dovşan, ağdöş kirpi, hind tirəndazı, qonur palazqulaq yarasa, saqqallı qartal, bataqlıq bayquşu, adi sığırçın, səhra zəvzəyi, kəklik, dovdaq, böyük və kiçik qayalıq sittası, bəzgək, dağ kətanquşu, təlxə, suilanı, qara və sarı əqrəblər, bövlərdən, orta dağlıq ərazilərdə Araz su qovşağının su anbarında çoxlu balıq növləri və s. daxildir.

Geoloji təbiət abidələri

Qahab kəndi yaxınlığında Qaçaq Ağababa mağarası, Qazan yaylağının qərb ətəklərində Salaxana karst mağarası mövcuddur. Salaxana mağarasında 1000 baş qoyun saxlamaq mümkündür.

Nehrəm qəsəbəsi yaxınlığında, qəsəbə dərəsindən 1230 m yüksəklikdə, ümumi sahəsi 180 m² olan Nehrəm mağarası (“Kənd dərəsinin kühulu”), Sirab kəndi yaxınlığında Daşqala dağının cənub yamaclarında dəniz səviyyəsindən 1480 m yüksəklikdə, ümumi sahəsi 350 m² olan Daşqala mağarası var. Daşqala mağarası dolomitşəkilli əhəng daşından əmələ gəlmişdir.

Ərazidə kəhrizlər geniş yayılmışdır. Burada 80-ə yaxın kəhriz mövcuddur. Kəhriz qrunt sularını toplamaq və yer səthinə çıxarmaq üçün maili lağımdan ibarət yeraltı hidrotexniki sistemdir.

Naxçıvanda yayılmış əfsanəyə görə Nuh peyğəmbərin gəmisi Gilançayın yuxarı axarındakı Gəmiqayada lövbər salmışdır. Rəvayətə görə gəminin qalıqları indi də burada, Ayı çuxuru adlanan yerdədir. Digər rəvayətə görə Nuhun və arvadının qəbri buradadır. “Nuhdaban” adlı qədim kəndin xarabalığı, Nəhəcir (“Nuhəcir”) dağı və kəndi vardır.

Arxeoloji abidaləri

Çalxanqala kəndi yaxınlığında tunc dövrünə aid Çalxanqala yaşayış yeri, e.ə. II minilliyə aid Çalxanqala kurqanı, Böyükdüz kəndi yaxınlığında tunc və dəmir dövrlərinə aid yaşayış yeri, nekropol, Yuxarı Uzunoba kəndində tunc dövrünə aid Kültəpə abidəsi, Naxçıvan şəhəri yaxınlığında, Qızılburun nekropolu yaxınlığında orta əsrlərə aid Qızılvəng monastırı, Naxçıvan şəhəri yaxınlığında tunc dövrünə aid Çalxanqala qalası, Qaraqala kəndi yaxınlığında tunc və erkən dəmir dövrlərinə aid Qaraqala yaşayış yeri, orta əsrlərə aid Qaraqala nekropolu, Buzqov kəndi yaxınlığında m.ə. II minilliyə aid Buzqov nekropolu, Vayxır kəndi yaxınlığında e.ə. II minilliyə aid Vayxır nekropolu, Gavurqala yerləşir.Babək rayonu. Noxuddağ (Toppuzdaş)

Tarixi-mədəni abidələri

Nehrəm qəsəbəsində türbə, məscid, təkyə və s. yardımçı binalardan ibarət böyük kompleks — Nehrəm imamzadəsi yerləşir. Rəvayətə görə burada şiələrin yeddinci imamı Musa əl-Kazımın oğlu Seyid Əqil dəfn olunmuşdur. Cəhri qəsəbəsi yaxınlığında İşıqlar yaşayış yeri (III – XVIII əsrlər), Naxçıvan şəhəri yaxınlığında, Araz sahilində hərbi istehkam tipli Abbasabad qalası, Şıxmahmud kəndi yaxınlığında antik dövrə aid Şıxmahmud nekropolu mövcuddur.

İqtisadiyyatı

Babək rayonunda elektrik şəbəkəsi, yol təmir-istismar sahəsi, rabitə idarəsi kimi dövlət müəssisələri, sutkada 25 min kərpic (tuğla) istehsal gücünə malik Kərpic zavodu, Sirab mineral sular zavodu, Üzlük plitələr zavodu, Şərab-2 Üzüm Emalı Səhmdar Cəmiyyəti, Qoşadizə, Hacıvar və Cəhri dəyirmanları fəaliyyət göstərir. Dəyirmanlar şəxsi müəssisələrdir. Bundan başqa rayonda şəxsi qənd sexi, gəc sexləri, çörək sexi, mineral su sexləri fəaliyyət göstərir. Babək rayonunun iqtisadiyyatında emal və sənaye müəssisələri, xörək duzu, mineral su və tikinti materialları istehsalı, taxılçılıq, üzümçülük, meyvəçilik, bostançılıq, tərəvəzçilik, şəkər çuğunduru mühüm yer tutur. Burada özəl müəssisələr yaradılmışdır. Aqrar islahatlar həyata keçirilmiş, 10326,6 hektar torpaq sahəsi rayon əhalisinə paylanaraq əhali torpaq payları ilə təmin olunmuşdur. Rayonun əsas təsərrüfat fəaliyyətini kənd təsərrüfatı təşkil edir.

Yerli media

Rayonda Babək rayon İcra Hakimiyyətinin orqanı olan “Şərqin səhəri” qəzeti 1979-cu ildən nəşr olunur. Azərbaycan Respublikasının rəsmi qəzetləri olan “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika”, “Yeni Azərbaycan” qəzetləri və digər gündəlik dövri orqanlar, “İki sahil”, “Eksperss”, “Zaman” və sair qəzetlər, Naxçıvan Muxtar Respublikasında nəşr olunan “Şərq qapısı” qəzeti abunəçilərə çatdırılır və yayılır.

Bundan əlavə, rayon ərazisində AzTV, Lider TV, Space TV televiziya kanalları və radioları, Kanal-35 televiziyası, “Naxçıvanın səsi” radiosu, Türkiyə Respublikasının TRT kanalı və “TRT-FM” radiosu, Rusiyanın ORT kanalı yayımlanır.

Görkəmli şəxsləri

  • Abbasov Qurban Abbasqulu oğlu (26.10.1926, Babək rayonunun Payız kəndi – 14.09.1994, Bakı) – neftçi, mühəndis, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikasının əməkdar mühəndisi, SSRİ-nin fəxri neftçisi, SSRİ və Azərbaycan Respublikası Dövlət mükafatları laureatı.
  • Abdullayev Abdulla Mehdi oğlu (01.1907, Babək rayonunun Nehrəm kəndi – 23.08.1979, Naxçıvan şəhəri) – həkim. Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikasının əməkdar həkimi.
  • Allahyarov Kamil Hüseyn oğlu (22.09.1950, Babək rayonunun Uzunoba kəndi) – ədəbiyyatşünas, filologiya elmləri doktoru.
  • Babayev Abdulla Murtuz oğlu (01.04.1924, Babək rayonunun Tumbul kəndi) – xanəndə, Azərbaycan Respublikasının xalq artisti, “Şöhrət” ordeni ilə təltif edilmişdir.
  • Bağırov Mehdi Abbas oğlu (20.12.1915, Babək rayonunun Nehrəm kəndi – 27.03.2004, Naxçıvan) – həkim-cərrah. Səhiyyə əlaçısı, SSRİ xalq həkimi, Azərbaycan Respublikasının əməkdar həkimi, Lenin ordeni, Qırmızı Ulduz, Xalqlar dostluğu və sair ordenlərlə təltif edilmişdir.
  • Əkbərov Qəzənfər Qulam oğlu (1917, Babək rayonunun Cəhri kəndi – 03.08.1944, Belorusiya, Volojin şəhəri) – Sovet İttifaqı qəhrəmanı (ölümündən sonra, 26.10.1944). Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir.
  • Əliyev Əli Nağı oğlu (1932, Babək rayonunun Nehrəm kəndi – 22.05.1995, Nehrəm kəndi) –SSRİ Ali Sovetinin deputatı, əmək qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, iki dəfə Lenin ordeni və Oktyabr İnqilabı ordeni ilə təltif edilib.
  • Əliyev Əsəd Cabbar oğlu (1918, Babək rayonunun Nehrəm kəndi) – maarif xadim, Azərbaycan Respublikasının əməkdar müəllimi.
  • Əsgərova Roza Qasım qızı (15.08.1929, Babək rayonunun Qahab kəndi) – botanik, biologiya elmləri doktoru, “Azərbaycanın Qırmızı kitabı”nın müəlliflərindən biri.
  • Hacıyev Hümmət Ələkbər oğlu (10.10.1935, Babək rayonunun Nehrəm kəndi) – neftçi-geoloq, Geologiya-minerologiya elmləri namizədi, Azərbaycan Respublikasının əməkdar geoloqu, 30-a qədər elmi məqalənin, 3 ixtiranın müəllifidir.
  • Heydərov Fəttah Səməd oğlu (23.02.1938, Babək rayonunun Çeşməbasar kəndi) – ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
  • Həmzəyeva Zəroş Mirzəbağır qızı (22.03.1925, Babək rayonunun Nehrəm kəndi – 2004, Bakı) – Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunub.
  • Hümbətov Həsən Həşim oğlu (20.05.1937, Babək rayonunun Uzunoba kəndi) – Texniki elmlər doktoru, Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının əməkdar neft və qaz sənayesi işçisi. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunub.
  • Kəlbəliyev Qüdrət İsfəndiyar oğlu (13.11.1946, Babək rayonunun Şəkərabad kəndi) – Kimya elmləri doktoru, professor. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü.
  • Qasımov Həsən Allahyar oğlu (14.01.1940, Babək rayonunun Qaraçuq kəndi) – İqtisad elmləri doktoru, professor.
  • Qasımov Nemət Abbasəli oğlu (27.01.1940, Babək rayonunun Didivar kəndi) – Biologiya elmləri doktoru, professor, ABŞ-ın İllinoys Elmlər Akademiyasının həqiqi üzvüdür. “XX əsrin 2000 görkəmli adamı”nın diplomu və gümüş medalı, ABŞ-ın Bioqrafiya Mərkəzinin “Qızıl Ulduz” mükafatları ilə təltif olunmuşdur.
  • Quliyev Abbas Şahbaz oğlu (15.09.1916, Babək rayonunun Şəkərabad kəndi – 30.12.1998, Naxçıvan şəhəri) – Sovet İttifaqı Qəhrəmanı, qvardiya kapitanı, İkinci dünya müharibəsi iştirakçısı, Qırmızı bayraq, Aleksandr Nevski, I dərəcəli “Vətən müharibəsi” ordeni və medallarla təltif edilmişdir.
  • Quliyev Kamran Məmmədqulu oğlu (09.09.1958, Babək rayonunun Zeynəddin kəndi) – Azərbaycan Respublikasının xalq artisti.
  • Mehdiyev Əqil Səftər oğlu (20.07.1920, Babək rayonunun Nehrəm kəndi) – səhiyyə əlaçısı, Naxçıvan MR və Azərbaycan Respublikasının əməkdar həkimi. Naxçıvan MR Absaqqalar şurasının sədri, “İstiqlal”, “Şöhrət” ordenləri və medallarla təltif olunub
  • Rzayev Həbib Allahverdi oğlu (26.12.1923, Babək rayonunun Nehrəm kəndi – 12.08.1997, Bakı) – Ədliyyə General-mayoru, İkinci dünya müharibəsi iştirakçısı, Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsində çalışmış, orden və medallarla təltif edilmişdir.
  • Rzayev Tofiq Heydər oğlu (1935, Babək rayonunun Nehrəm kəndi) – texnika elmləri doktoru, professor.
  • Seyidov Mirəsgər Mirabdulla oğlu (06.02.1970, Babək rayonunun Qaraxanbəyli kəndi – 17.05.1992, Yuxarı Buzqov) – Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra).
  • Səfərli İslam Əhməd oğlu (12.02.1923, Babək rayonunun Şəkərabad kəndi – 06.11.1974, Bakı) – şair, dramaturq, əməkdar İncəsənət xadimi, İkinci dünya müharibəsinin iştirakçısı.

Ermənistanın işğalı nəticəsində dağıdılmış abidələr

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar erməni işğalçılarının 1990-1991-ci illərdə Babək rayonunun Yuxarı Buzqov və Gərməçataq kəndlərinə hücumu zamanı burada olan mədəniyyət müəssisələrinə xeyli ziyan dəymiş, onların binaları uçmuş, kitabxana fondları dağıdılmış və yanmışdır.

Yuxarı Buzqovda kitabxana binası, Aşağı Buzqovda mədəniyyət evi, Gərməçataq kəndində klub və kitabxana binaları dağıdılmışdır.

Bununla yanaşı həmin kəndlərdə əhaliyə məxsus yaşayış evləri və ictimai binalar yandırılmış və top mərmiləri ilə dağıdılmışdır.

Əhalisi

Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)

Əhalisi əkinçilik, maldarlıq, metalişləmə, dulusçuluq ilə məşğul olmuşdur. Əhalisi haqqında daha geniş statistik məlumat

Əhalinin ümumi sayı65040
Şəhər əhalisinin sayı, [%]4.5849
Kənd əhalisinin sayı, [%]95.4151
Əhalinin orta sıxlığı72.132020
Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%]46.5867
Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%]53.4133
Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%]27.2909
Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%]4.9354
Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55-60-a), [%]54.7048
Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%]6.5575
Ali təhsilli əhalinin sayı, [%]4.9508
Orta təhsilli əhalinin sayı, [%]49.7448
Məskunlaşmış qaçqınların sayı255
Məskunlaşmış məcburi köçkünlərin sayı20

Ərazisi

Ərazisi haqqında daha geniş məlumat

Ümumi ərazi, [kv.km]901.68
Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km]114.10
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km]583.60
Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km]157.70
Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km]111.51
Meyvə bağlarının ümumi sahəsi, [kv.km]21.00
Şoran torpaqların ümumi sahəsi, [kv.km]92.78
#Bələdiyyələrin adıHər bələdiyyə üzrə əhalinin sayı
1Nehrəm qəsəbə bələdiyyəsi12140
2Cəhri qəsəbə bələdiyyəsi8283
3Babək şəhər bələdiyyəsi2965
4Şıxmahmud kənd bələdiyyəsi2795
5Sirab kənd bələdiyyəsi2661
6Zeynəddin kənd bələdiyyəsi2377
7Qaraçuq kənd bələdiyyəsi2638
8Qahab kənd bələdiyyəsi2612
9Qaraxanbəyli kənd bələdiyyəsi2353
10Kültəpə kənd bələdiyyəsi1859
11Tumbul kənd bələdiyyəsi1556
12Güznüt kənd bələdiyyəsi1529
13Kərimbəyli kənd bələdiyyəsi1462
14Yarımca kənd bələdiyyəsi1336
15Vayxır kənd bələdiyyəsi1290
16Didivar kənd bələdiyyəsi1288
17Qoşadizə kənd bələdiyyəsi1283
18Bulqan kənd bələdiyyəsi1127
19Payız kənd bələdiyyəsi1051
20Nəzərabad kənd bələdiyyəsi1036
21Aşağı Buzqov kənd bələdiyyəsi979
22Şəkərabad kənd bələdiyyəsi937
23Çeşməbasar kənd bələdiyyəsi896
24Məzrə kənd bələdiyyəsi825
25Hacıvar kənd bələdiyyəsi704
26Xəlilli kənd bələdiyyəsi615
27Qaraqala kənd bələdiyyəsi555
28Xalxal kənd bələdiyyəsi552
29Yuxarı Uzunoba kənd bələdiyyəsi541
30Naxışnərgiz kənd bələdiyyəsi502
31Gərməçataq kənd bələdiyyəsi498
32Kalbaoruc Dizə kənd bələdiyyəsi494
33Gülşənabad kənd bələdiyyəsi492
34Məmmədrza Dizə kənd bələdiyyəsi487
35Aşağı Uzunoba kənd bələdiyyəsi435
36Bədəşxan kənd bələdiyyəsi274
37Araz kənd bələdiyyəsi243
38Yuxarı Buzqov kənd bələdiyyəsi154
39Nəcəfəlidizə kənd bələdiyyəsi145
40Cəmi63969
39°09′ şm. e. 45°25′ ş. u.
Ölkə
 Azərbaycan
Başçı
Rasim Hüseynov
Tarixi və coğrafiyası
Əsası qoyulub
1978
Əvvəlki adı
Naxçıvan rayonu
Sahəsi
760km²
Mərkəzin hündürlüyü
986 m
Əhalisi
Əhalisi
75 600  nəfər (2019)
Rəqəmsal identifikatorlar
Telefon kodu
994 36
Poçt indeksi
AZ 6700
Nəqliyyat kodu
67

Oxşar Xəbərlər