“Biz sadəcə, bu çətin dönəmdə Azərbaycan xalqına, torpaqlarımızı azadlığı uğrunda vuruşan əsgərlərimizə dəstək olmaq istədik”.
“QİA.AZ”ın məlumatına görə, bu fikirləri “Qarabağ”ın kapitanı Maksim Medvedev UEFA Avropa Liqasının Polşa “Legiya”sı ilə pley-off mərhələsinin oyunundan (3:0) sonra əsgər salamı vermələri barədə “Reuters”ə danışarkən deyib.
31 yaşlı müdafiəçi tezliklə komandasının doğma meydanda məskunlaşacağına inandığını bildirib: “Bilirsiniz, Ağdamda oynadığımız matçlara nə qədər adam gəlirdi? İnsanlar hasarlara dırmaşır və oyuna oradan baxırdılar. “Qarabağ”ın azarkeş bazası ümummilli xarakter daşıyır. Komanda Azərbaycanın çoxdan azad etmək istədiyi bölgəni təmsil edir, Çempionlar Liqasında qrupa düşən ilk yerli klubdur. Ona görə də tərəfdarları daha çoxdur”.