Almaniya Xarici İşlər Nazirliyi, ölkə vətəndaşlarına, xüsusən də 20 yanvarda yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasimi günü bütün Amerikada zorakılıqla müşaiyət olunan kütləvi etiraz aksiyalarının olacağı barədə xəbərdarlıq edib.“QİA.AZ”ın məlumatına görə, nazirlik vətəndaşlarının diqqətinə çatdırıb ki, Vaşinqton daxil olmaqla 50 ştatda zorakılıqla müşaiyət olunan kütləvi etiraz aksiyaları baş tuta bilər.Qeyd olunub ki, ABŞ-da təhlükəsizlik vəziyyəti 20 yanvardan əvvəl hər an çox sürətli şəkildə dəyişə bilər.
Almaniya XİN, ABŞ-da olan Almaniya Federativ Respublikası vətəndaşlarını inzibati mərkəzlərdəki hökumət binalarından və kütləvi aksiyaların keçirildiyi ərazilərdən uzaq olmağı tövsiyə edib.