Ötən il SOCAR qazma işlərini 2,7 dəfə azaldıb

2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 55 906 metr qazma işləri həyata keçirilib.

Bu barədə “QİA.AZ” SOCAR-ın 2020-ci il üzrə açıqlanan qazma, hasilat, emal və ixrac göstəricilərində bildirilir.

Məlumata görə, bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 94 942 metr və ya 2,7 dəfə azdır.

Qeyd edək ki, 2019-cu il ərzində ölkə üzrə 291 min metr , SOCAR üzrə isə 150 848 metr qazma işləri həyata keçirilib.

Oxşar Xəbərlər