Gürcüstanda son sutkada daha 903 nəfərə koronavirus diaqnozu qoyulub, 636 nəfər sağalıb, 24 pasiyent isə vəfat edib.
“QİA.AZ” xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə 251 974 nəfərin COVID-19-a yoluxduğu müəyyən edilib. Onların 238 737-si sağalıb, 3 022-si isə ölüb.
Aktiv koronavirus xəstələrinin sayı 10 189 nəfər təşkil edir.