Səhiyyə Nazirliyindən COVID-19-un yeni ştamının uşaqlara təsiri barədə açıqlama

Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan COVID-19 virusunun yeni mutasiyasının uşaqlara ciddi təsir edəcəyi və xəstəxanalarda uşaq çarpayılarının yerləşdirilməsi ilə bağlı yayılan səs yazısına münasibət bildirib.

Nazirlikdən “QİA.AZ”a verilən məlumata görə, səs yazısı həqiqəti əks etdirmir.

“Ümumdünya Səhiyyə Təşkilatı yeni mutasiya ilə əlaqədar açıqlamasında uşaqlara yarada biləcək təhlükə ilə bağlı heç bir faktın olmadığını bəyan edib. Bu mövzunun həssaslığını nəzərə alaraq vətəndaşları yalnız rəsmi qurumların məlumatlarına inanmağa çağırırıq”- deyə açıqlamada qeyd olunub.

Oxşar Xəbərlər