Braziliyada pandemiyadan ölənlərin sayı 226 mini ötdü

Fev3,2021
Braziliyada pandemiyadan ölənlərin sayı 226 mini ötdü

Braziliyada son sutka ərzində koronavirusa yoluxanların sayı 56240 nəfər olub.

“QİA.AZ” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Pandemiya son 24 saat ərzində 1 240 nəfərin həyatına son qoyub.

Bildirilib ki, indiyədək virusa yoluxan 9 286 256 nəfərin 226 383-nün həyatını xilas etmək mümkün olmayıb.

Müalicə alan 8 160 929 nəfər isə sağalıb.

Braziliya həm koronavirusa yoluxma hallarına, həm də COVID-19 qurbanlarının sayına görə dünyada ikinci yerdədir.

Oxşar Xəbərlər