Rusiya Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı admiral Vladimir Vısotski 66 yaşında vəfat edib.
“QİA.AZ” xəbər verir ki, bunu “RİA Novosti”yə Sərkərdələr Klubunun Aparat rəhbəri Nikolay Deryabin bildirib.
Onun sözlərinə görə, admiralın dünyasını dəyişməsinin səbəbi hələlik məlum deyil. Ancaq onun koronavirusdan ölmədiyi dəqiqdir.
Qeyd edək ki, V.Vısotski 2007-ci ildən 2012-ci ilədək Rusiya donanmasının baş komandanı olub.