Myanmada cümə axşamından (04 fevral – Red) etibarən tvitter sosial şəbəkəsindən istifadə məhdudlaşdırılıb.
QİAZ.AZ xəbər verir ki, bu barədə “NetBlocks” monitorinq xidməti xəbər yayıb.
“Təsdiqləndi: tvitter Myanmada birdən çox mobil operatorlar tərəfindən məhdudlaşdırılıb. Şəbəkə məlumatları real vaxtda təxminən saat 22.00-dan (Bakı vaxtı ilə 19:30) etibarən əlaqənin itirildiyini göstərir ”, – xidmətdən bildirilib.
Xidmət həmçinin, feysbuk sosial şəbəkəsinin istifadəsinə qarşı məhdudiyyətlərin tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq da edib.