Braziliyada koronavirusdan ölənlərin sayı 230 mini ötdü

Fev6,2021

Braziliyada son 24 saat ərzində daha 51 319 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiq edilib.“QİA.AZ”ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.Qeyd olunub ki, indiyədək Braziliyada yeni növ koronavirus infeksiyasına ümumilikdə 9 449 088 nəfər yoluxub.

Bu müddət ərzində 230 127 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 1 244 nəfər olub.Bundan başqa 8 326 798 xəstə müalicə olunaraq sağalıb, 892 163 pasiyent isə həkim nəzarəti altındadır.

Oxşar Xəbərlər