Ermənistanda son sutkada 89nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.
“QİA.AZ” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 168 177-yə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6nəfər artaraq 3 123-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 783 nəfərdir. İndiyədək 159 876pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 4 395aktiv koronavirus xəstəsi var.