Türkiyənin istehsal etdiyi ilk pilotsuz silahlı qayığı suya buraxılıb.
“QİA.AZ”-ın məlumatına görə, qayıq “Meteksan Savunma” şirkəti tərəfindən hazırlanıb.
Pilotsuz silahlı qayıq saatda 65 kilometr sürətlə 400 kilometr məsafə qət etmək iqtidarındadır.
Qayıq kəşfiyyat, müşahidə, suüstü qarşıdırma, silahlı müşayiət kimi vəzifələri icra etmək üçün nəzərdə tutulub.
Türkiyənin ilk pilotsuz qayığı 4 lazerli raket və 2 lazerli uzunmənzilli tank əleyhinə raket sistemi ilə təchiz olunub.
Həmin qayığın yaxın zamanlarda seriyalı istehsalına başlanması planlaşdırılır.