İrəvanda etiraz mitinqi keçirilir

Fev12,2021
İrəvanda mitinq

İrəvanın Azadlıq meydanında “Vətənin qurtuluşu hərəkatının” lideri Vazgen Manukyanın təşəbbüsü ilə mitinq keçirilir.

“QİA.AZ” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, fevralın 11-də hərəkatın Ermənistanın baş naziri postuna vahid namizədi Vazgen Manukyan ölkə əhalisinə bugünkü mitinqlə bağlı müaciətində deyib: “Biz göz görə-görə vətənimizi itiririk”.

Xatırladaq ki, fevralın 12-də keçirilən mitinq Nikol Paşinyanın istefasını tələb edir.

Oxşar Xəbərlər