UEFA Rusiyanın MOİK klubunun apellyasiya şikayətini təmin edib.
QİA.AZ qurumun rəsmi saytına istinadən xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin III turunun Niderland “Feyenoord”u ilə ev matçında azarkeşlərin təhqiramiz şüarlarına görə Moskva təmsilçisinə verilmiş cəza dəyişidirilib.
Bu ilin yanvarında fanat tribunasının bir oyunluq bağlanmasına qərar verən UEFA bunu pul cəzası ilə əvəzləyib. Paytaxt klubu 10 min avro məbləğində cərimələnib.
Qeyd edək ki, ötənil noyabrın 5-də keçirilmiş oyun qonaqların MOİK-in 1:3 hesablı məğlubiyyəti ilə başa çatmışdı.