Rusiyada koronavirusa yoluxanların sayı 4,05 milyonu keçib.
“QİA”-nın məlumatına görə, ölkədə son sutka ərzində 14 861 nəfər virusa yoluxub, 502 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 4 057 698 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 79 696 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 3 577 907 şəxs virusdan sağalıb, 400 095 nəfərin müalicəsi isə davam edir.