Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan şairi Bəxtiyar Vahabzadənin ölümünün 12-ci ildönümü ilə əlaqədar başsağlığı verib.
“QİA”-nın məlumatına görə, nazir bu barədə öz “Twitter” səhifəsində yazıb.
M.Çavuşoğlu bildirib: “Can Azərbaycanın müstəqillik şairi Bəxtiyar Vahabzadəni vəfatının 12-ci ildönümündə hörmət və rəhmətlə anıram. Onun şeirləri bütün coğrafiyamızda əks-səda verməkdə davam edir”.
QARABAĞ İNFORMASİYA AGENTLİYİ