“AstraZeneca” vaksini uşaqlar üzərində sınaqdan keçiriləcək

Böyük Britaniyada “AstraZeneca” şirkəti və Oksford Universitetinin hazırladığı koronavirus vaksini uşaqlar üzərində sınaqdan keçiriləcək.

QİA.AZ-ın məlumatına görə, sınaqlar Böyük Britaniyanın üç şəhərində – London, Bristol və Sauthemptonda baş tutacaq.

Sınaqlarda 6-17 yaş arasında 300 uşaq iştirak edəcək. Bu, dünyada 18 yaşdan aşağı şəxslər üçün keçirilən ilk koronavirs vaksini sınağı olacaq.

Oxşar Xəbərlər