Türkiyədə yol qəzasında 5 nəfər ölüb, 16 nəfər yaralanıb

Fev16,2021

Türkiyənin Konya bölgəsində baş verən zəncirvarı yol qəzası nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb.

“QİA.AZ” “Sabah”a istinadən xəbər verir ki, hadisə fevralın 16-da səhər saatlarında Konya-Karapınar yolunda qeydə alınıb.

Qəza zamanı sərnişin avtobusu, TIR və minik maşını toqquşub.

Hadisəyə səbəb qar yağandan sonra yolların buz bağlaması göstərilir.

Oxşar Xəbərlər