“Azəriqaz”da qanvermə aksiyası keçirilir

Bu gündən etibarən “Azəriqaz” İstehsalat Birliyində talassemiyadan əziyyət çəkən uşaqlara kömək məqsədilə donor günlərinə başlanılıb.

Birlikdən QİA.AZ-a verilən məlumata görə, aksiyanın ilk günündə “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev, İdarəetmə Aparatı və Bakı Regional Qazın Satışı Departamentinin 97 əməkdaşı iştirak edib.

Növbəti günlərdə birliyin Bakı Regional Qaz İstismarı Departamenti, Təmir-Tikinti İdarəsi, Anbar Təsərrüfatı və Sumqayıt qaz istismar Sahəsinin əməkdaşları bu xeyirxah aksiyaya qoşulacaq.

Oxşar Xəbərlər