Türkiyədə son 24 saat ərzində daha nəfər yeni növ koronavirusdan (COVİD-19) 83 nəfər dünyasını dəyişib.
QİA.AZ-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 10 772 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 2 436 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 389 256 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 914 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 334 293 nəfər təşkil edir.