“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə ölkənin ərazi bütövlüyü təmin olunub”.
QİA.AZ-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistanda yaşayan insanlar ciddi sıxıntı içərisindədir: “Bunu dünya görməlidir. Biz bölgədəki bütün insanların sülh içərisində yaşamasını istəyirik”.