Rayon yollarında karantin postları qurulur? – AÇIQLAMA

post

Hazırda insanlar sərbəst şəkildə rayonlara gedə bilirlər. 

“QİA.az” xəbər verir ki, bu barədə mətbuata açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

O bildirib ki, pandemiya ilə bağlı polis postlarının qurulması Nazirlər Kabineti yanında operativ qərargahın qərarından asılıdır:

“Hazırda Nazirlər Kabineti tərəfindən belə bir qərar verilməyib. Polisə karantin postlarının qurulması ilə bağlı da heç bir göstəriş verilməyib. Bu gün insanlar sərbəst şəkildə rayonlara gedirlər”.

Qeyd edək ki, bu gün Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-CoV-2 genom analizi edilən üç nəfərdə COVID-19-un sürətlə yayılan Britaniya növünün aşkarlandığı barədə rəsmi məlumat yayılıb. 

QİA.az

Oxşar Xəbərlər